Fatma Səttarovanın 95 illik yubileyi - Fotolar

fatma-settarovanin-95-illik-yubileyi
Oxunma sayı: 3217

Respublika Veteranlar Təşkilatında Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın 95 illik yubileyi qeyd olunub.

Qafqazinfo” xəbər verir ki, tədbirdə Respublika Veteranlar Təşkilatının nümayəndələri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Böyük Vətən Müharibəsi, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, yubilyarın ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıb. O, qeyd edib ki, Fatma xanım Səttarovanın anadan olmasının 95 illiyi tamam olur. Fatma xanımı bütün Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı yaxşı tanıyır. O, həm İkinci Dünya müharibəsi veteranı, həm ziyalı, həm də fəal bir insan kimi ölkənin həyatında yaxından iştirak edir.

Abdin Fərzəliyev, Milli Məclisin deputatı Adil Əliyev yubilyarı təbrik edərək ona öz xoş arzularını çatdırıblar.

Yubilyar Fatma Səttarova çıxışında hər kəsə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq edib. Sonda Yubilyara Respublika Veteranlar Təşkilatının təmsil etdiyi “Veteran Həmrəyliyi” medalı təqdim olunub və xatirə şəkli çəkdirilib.