Evləri su basdı - FHN 12 nəfəri xilas etdi

evleri-su-basdi
Oxunma sayı: 2708

Abşeronda evləri su basıb.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyyə olunmasını təmin ediblər.

***

Nazirliyin son açıqlamasında xilas edilənlərin sayının 12 nəfərə çatdığı bildirilir.