Evinə işıq çəkmək istədi - “Tok” vurub öldürdü

evine-isiq-cekmek-istedi-
Oxunma sayı: 2455

Qubada bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə bu gecə, saat 22:44 radələrində rayonun Timiryazev kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü İdrisov Kərəm Əkrəm oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

İlkin ehtimala görə o, elektrik dirəyindən evinə elektrik enerjisi çəkmək istəyib. Lakin ehtiyatsızlığının qurbanı olub.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin əməkdaşları gəlib, araşdırma aparılır.