Əsgərlərə məktub yazmaq istəyirsiz?

esgerlere-mektub-yazmaq-isteyirsiz
Oxunma sayı: 9926

Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinə göstərdiyi möhkəm iradəyə görə minnətdarlıq, dəstək və döyüşə hazırlığı, onlarda ruh yüksəkliyini daha da artırmaq üçün "ASAN Könüllüləri" "Əsgərə Məktub!" layihəsinə start verib.

"ASAN Könüllüləri" Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən Trend-ə verilən məlumata əsasən, Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində ayrılmış xüsusi məntəqələrə yaxınlaşaraq hər bir Azərbaycan vətəndaşı mənəvi dəstəyini əsgərlərimizə göstərə bilər.

Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinə ən böyük ehtiyacı olan mənəvi dəstəyi vətəndaşlarımız ünvanladığı məktublarla çatdıracaqlar.

Xalqımızın birliyini simvolizə edəcək toplanan bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaq.