Əsgər Əliyevin anım mərasimi - Foto

esger-eliyevin-anim-merasimi
Oxunma sayı: 2252

Bu gün Azərbaycanın Milli Qəhrəmanı adını almış Əsgər Ələkbər oğlu Əliyevin anım mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N. Hərbi hissəsinin zabit və əsgərləri, məktəblilər, ictimaiyyətin nümayəndələri və Milli Qəhrəmanın doğmaları Əsgər Əliyevin adını daşıyan “Dostluq” mədəniyyət və istirahət parkındakı büstünü ziyarət etməklə, önünə təzə-tər gül dəstələri düzüblər.

Mərasimdə Əsgər Əliyevin orta məktəb müəllimi Akif Xalıqov, Qarabağ müharibəsi veteranları cəmiyyətinin sədri Əbülfət Əliyev çıxış edərək Milli Qəhrəmanın şərəfli ömür yoluna bir daha işıq salaraq, onun xatirəsinə bəslənilən hörmət, diqqət və qayğıdan söhbət açıblar.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyevə dərin hüznlə başsağlığı verərək, cəsur kursantın xatirəsinin həmişə xalqımız tərəfindən hörmətlə anıldığını, onun şərəfli ömür yolunun məktəblilərə, gənclərə örnək olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev onun övladının xatirəsinə bəslənilən ehtirama görə ölkə prezidenti cənab İlham Əliyevə, ŞİH-nın başçısı Taleh Qaraşova, qədirbilən Azərbaycan xalqına ailəsi adından minnətdarlığını bildirib.

Mərasimdə “Gənc Aslanovçular” dərnəyi üzvlərinin ifasında ədəbi-bədii kopozisiya nümayiş etdirilib.