Ərəb şahzadəsi Hacıqabulda ev alıb pulunu ödəmədi - Foto

ereb-sahzadesi-haciqabulda-ev-alib-pulunu-odemedi
Oxunma sayı: 10646

Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun ov etmək üçün tez-tez Azərbaycana gəlməsi, onun Hacıqabul rayonunun Qarasu kəndində iki villa alması haqda xəbər vermişdik. Yerli KİV-lərdə yayılan xəbərlərə görə, ərəb milyarder Qarasu kəndində uzun illər Rusiyada yaşayan Eldəniz və Vüqar Cavadov qardaşlarına məxsus iki evi 500 min manata satın alıb. Ərəb şahzadə bu evə ara-sıra gəlir. Hazırda həmin mülkdə Rəşid əl-Məktumun dostları, qohumları yaşayır.

“Qafqazinfo” xəbər verir ki, azvision.az Azərbaycana ova gələn ərəb şahzadəsi ilə bağlı sensasion məlumat əldə edib.

Hacıqabulun Qarasu kənd sakinlərinin verdiyi məlumata görə, ərəb şahzadə Cavadov qardaşlarından aldıqları villaların pulunu verməkdən imtina edib. Sakinlərin sözlərinə görə, evin sahiblərindən olan Eldəniz Cavadov artıq dünyasını dəyişib.

“Ərəblər bura gələndə həmin evdə kirayə qalırdılar. Onlar 30 min manat verərək həmin evləri 3 aylıq kirayə götürmüşdülər. Sonradan ərəb şahzadə qardaşlara məxsus iki evi almaq istədiyini bildirdi. Ev sahibləri ilə razılığa əsasən, onlar 500 min manat ödəməli idilər. Tərəflər anlaşandan sonra həmin evlər ərəblərə satıldı, ərəblər evin pulunun müəyyən vaxtdan sonra veriləcəyinə dair söz verdilər. Amma söz verdikləri kimi evin pulunu vermədilər. Onlar Cavadov qardaşlarını aldatdılar”- deyə sakinlər qeyd edib.