Elşad Abbasov müşahidə şurasının sədri oldu

elsad-abbasov-musahide-surasinin-sedri-oldu
Oxunma sayı: 4471

“Embawood” şirkəti Elşad Abbasovun baş direktor vəzifəsindən kənarlaşdırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, “Embawood” şirkətində idarəetmənin təkmilləşdirilməsi məqsədilə şirkətin təsisçilərinin Ümumi yığıncağında yeni idarəetmə orqanı olan Müşahidə Şurasının yaradılması qərara alınıb. Yeni yaradılmış orqanın sədr vəzifəsinə şirkətin baş direktoru Elşad Abbasov təyin edilib. Qeyd edilən dəyişikliklə əlaqədar “Embawood”un baş direktoru vəzifəsinə şirkətdə uzun müddət maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Tamerlan Kurkiyev təyin edilib.

Qeyd edək ki, “Qafqazinfo” Elşad Abbasovun baş direktor vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumatı modern.az saytına istinadən yayımlamışdı.