Ələt-Astara yolunun bağlanması haqda - Rəsmi açıqlama

elet-astara-yolunun-baglanmasi-haqda
Oxunma sayı: 1973

Ələt-Astara avtomobil yolunun bir hissəsində hərəkət dayandırılıb.

Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən Baku.ws-ə verilən məlumata görə, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.

Belə ki, hər iki istiqamətə gedən mink avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.