Eldar Əzizov sahibkarlarla görüşdü

eldar-ezizov-sahibkarlarla-gorusdu
Oxunma sayı: 1024

Səbail rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə Badamdar qəsəbəsində fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, açıq mikrofon xarakterli görüşdə sahibkarların gündəlik problemləri ilə yanaşı Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı, o cümlədən qəsəbənin əsas küçəsi olan Badamdar şossesinin əsaslı yenidənqurulması məsələləri də müzakirə olunmuş, sahibkarları maraqlandıran məsələ və suallar cavablandırılıb. İcra başçısı Eldar Əzizov qeyd edib ki, bu gün ölkədə korrupsiyaya qarşı amanız mübarizə aparılır, yeni islahatlar həyata keçirilir.

Badamdar şossesində aparılacaq əsaslı yenidənqurma işlərinə toxunan Eldar Əzizov bildirib ki, prezidentin tapşırıqlarnı əsasən hər bir məmur sakinlərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməlidir. Bununla əlaqədar Badamdar yolunun yenidənqurulması işləri zamanı bu yol ətrafında yerləşən bütün ticarət və digər obyektlərin sahiblərinə RİH tərəfindən hər cür yardım və köməklik göstəriləcək, hər bir obyektlə bağlı layihə sənədləri ətraflı müzakirə olunacaq.

Görüşdə çıxış edən sahibkarlar onların gələcək fəaliyyətinin inkişafı istiqamətində hazırda atılan addımları və nəzərdə tutulan işləri dəstəklədiklərini bəyan ediblər.