Düşmənin canlı qüvvəsi məhv edildi - MN məlumat yaydı

dusmenin-canli-quvvesi-mehv-edildi-
Oxunma sayı: 7611

Düşmənin təxribat qrupu məhv edilib.

Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.