“Dünya standartlarına cavab verən məktəb təsis etdik” - Tale Heydərov

dunya-standartlarina-cavab-veren-mekteb-tesis-etdik
Oxunma sayı: 6203

Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə layihəsi olan "Təlim keyfiyyətinin yüksəldilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki,  tədbirdə 600-ə yaxın təhsil işçisi, müəllimlər, mütəxəssislər iştirak edib. Konfransda məktəblər, məktəb rəhbərləri və müəllimlərin şagirdlərin təlim nailiyyətlərini yüksəltmək istiqamətində görə biləcəyi işlər öz əksini tapacaq. Konfransda tanınmış beynəlxalq məruzəçilər Bill Martin və Debra Mastersi iştirak edir. Eyni zamanda, tanınmış təhsil mütəxəssisləri peşəkar inkişaf təcrübələrini konfrans iştirakçıları ilə bölüşüb.

Tədbiri Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Qrem Pollok açıb. Konfransda çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin sədri  Tale Heydərov bildirib ki,  ötən gün Müəllim İnkişaf Mərkəzinin yeni binasının açılış mərasimi oldu:

"Bunlar  prezident İlham Əliyevin Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyasının uğurla reallaşdırılmasına töhfə vermək məqsədinə kömək edir. Avropa Azərbaycan Cəmiyyəti ölkədə təhsilin inkişafına dəstək verilməsinə xüsusi önəm verir. Bu məqsədlə 2011- ci ildə dünyanın ən qabaqcıl təhsil standartlarına cavab verən Avropa Azərbaycan Məktəbini təsis etmişik. Məktəb beynəlxalq məktəblərin avropa şurasına, Beynəlxalq Məktəblər Şurasına üzv qəbul edilib. Cəmiyyət tərəfindən təsis edilmiş " 3 alman" nəşriyyatı tərəfindən beynəlxalq təhsil proqramları əsasında Azərbaycan dilində tədrisə nail olunmuş dünya miqyasında nüfuz qazanmış "Capstone" şirkəti ilə əməkdaşlıq nəticəsində 150-dən çox  adda elmi, kütləvi, bədii tədris vəsaitləri çap edib. Konfrans iştirakçıları bu nəşrlərdən ibarət təşkil edilmiş sərgidə həmin kitablarla  tanış olmaq imkanı olacaq.

Postsovet məkanında müəllim hazırlığı üzrə yeni model hesab etdiyimiz Müəllim İnkişaf Mərkəzinin təsis edilməsi təhsil sahəsində böyük nailiyyətdir. Mərkəzdə müəllimlər üçün əlavə dövlət tərəfindən lisenziya verilib. Mərkəzin işinin müasir standartlar səviyyəsində təşkil edilməsi üçün beynəlxalq səviyyəli mütəxəssislər cəlb edilib.   müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb. Mərkəzdə müəllim hazırlığı üzrə ən müasir elmi pedaqoji kitabları əhatə edən kitabxana təşkil edilib. Mərkəz ölkənin daxilində eyni zamanda beynəlxalq aləmdə uğurlu fəaliyyəti ilə tanınır. Bugünkü beynəlxalq konfrans və onun nüfuzlu iştirakçəları bunu bir daha təsdiq edir. Dünyanın ən tanınmış təhsil ekspertləri, beynəlxalq səviyyədə təhsilə olan yenilik və innovasiyaların müəllimlərə çatdırılması və yerli təhsil sisteminin inkişafının dəyərləndirilməsi konfransın əsas məqsədidir. İnanıram ki,konfrans həm yerli həm də xarici mütəxəssislər üçün maraqlı olacaq. Çalışacağıq ki,  belə konfranslar ənənəvi olsun, təhsil sahəsində yeni fikirlərin mübadiləsi üzrə regional platformaya çevrilsin".

Günel Türksoy

Fotolar: Nuran