Dövlət müəssisəsinin işçisini “tok” vurdu

dovlet-muessisesinin-iscisini-tok-vurdu
Oxunma sayı: 1364

Göygöldə bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Göygöl rayon sakini 1979-ci il təvəllüdlü Nicat Rzayev elektrik cərəyanı vurma əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə N. Rzayev Göygöl Elektrik Şəbəkəsində elektrik işləyir. Onu iş başında cərəyan vurub.