Dövlət müəssisələri özəlləşdirildi

dovlet-muessiseleri-ozellesdirildi
Oxunma sayı: 1331

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 07 mart tarixində keçirilən hərracda 2 kiçik dövlət müəssisəsi və 7 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hərracda özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın əsasən Suraxanı, Yasamal, Binəqədi, Nizami, Nərimanov rayonlarında yerləşir.

Regionlarda özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinə Göygöl rayonunda yerləşən 21 saylı yanacaq doldurma məntəqəsi aiddir.

Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb.

Xatırladaq ki, növbəti belə hərrac 14 mart tarixində keçiriləcək.