Dövlət komitəsi Qaxda kampaniya keçirdi

dovlet-komitesi-qaxda-kampaniya-kecirdi
Oxunma sayı: 663

Əmlak Məsələləri Dövlət Komitəsi Qax rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib.

Qafqazinfo” xəbər verir ki, kampaniya çərçivəsində 50-yə yaxın vətəndaşa əmlaklarına dair çıxarışlar təqdim olunub. Bu sənədlər rayon sakinlərinə mobil ofislər vasitəsilə birbaşa yaşadığı məntəqələrdə təqdim edilib. Vətəndaşlara verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Həmçinin bu kampaniya çərçivəsində bir sıra rayon sakini əvvəllər digər qurumlar tərəfindən onların əmlakları və torpaq sahələrinə dair verilmiş vəsiqə və şəhadətnamələri də çıxarış sənədi ilə əvəz ediblər.

Eyni zamanda Qax rayonu Qum kəndi və ətraf kəndlərdə 35-ə yaxın rayon sakinlərindən çıxarış sənədinin hazırlanması üçün əmlaklarına dair ilkin hüquq müəyyən edici sənədlər də ünvanlarda qəbul edilib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı bildirilib.

Həmçinin əmlaklarını qeydiyyatdan keçirmək üçün qeydiyyat prosedurları və ilkin hüquq müəyyən edici sənədlərin toplanması ilə bağlı müraciət edən 30-a yaxın rayon sakininə operativ qaydada hüquqi yardım xidmətləri göstərilib.