Doğum evinə yeni baş həkim gətirildi

dogum-evine-yeni-bas-hekim-getirildi
Oxunma sayı: 4912

Sumqayıt şəhər 2 saylı doğum evinə yeni baş həkim təyin olunub.

Qafqazinfo” Xeberle.com-a istinadən məlumat verir ki, bundan sonra tibb müəssisəsinə Arzu Məhərrəmova rəhbərlik edəcək.

Qeyd edək ki, A.Məhərrəmova buna qədər Respublika Ailə Sağlamlıq Mərkəzində həkim-ginekoloq vəzifəsində çalışıb.

Xatırladaq ki, bu təyinata qədər doğum evində rəhbər səlahiyyətlərini baş həkimin müavini Təranə Qarayeva yerinə yetirirdi.