Dənizdə batan balıqçının meyiti tapılıb

denizde-batan-baliqcinin-meyiti-tapilib
Oxunma sayı: 1033

Rezin qayıqla dənizə balıq tutmağa gedən və qayığın çevrilməsi nəticəsində batan şəxsin meyiti tapılıb. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, bu gün Bakı şəhəri, Suraxanı rayonunda dənizə rezin qayıqla balıq tutmaq məqsədilə çıxaraq (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Nəzərov Namiq Hidayət oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi">Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:45-də başa çatıb. ​