Dayanacağı olmayan avtobuslar - Video

dayanacagi-olmayan-avtobuslar
Oxunma sayı: 1356

Paytaxtın ən qaynar nöqtələrindən biri olan 20 Yanvar dairəsində sərnişinlər dayanacağın yoxluğundan əziyyət çəkir. Xüsusilə də bu qızmar yay günlərində sərnişinlər kölgələnmək üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Kimisi qəzetlə, kimisi yelpiklə. Çoxu isə yaxınlıqdakı köşkün kölgəsinə sığınmağa çalışır. Ərazidən 20, 67, 79, 91, 199 və 205 saylı marşurt avtobusları keçir.

Qafqazinfo” xəbər verir ki, problemlə bağlı Bakı Nəqliyyat “XəzərXəbər”ə bildirilib ki, adıçəkilən ərazidə dayanacağın qoyulması üçün yer uyğun deyil. Ancaq buna baxmayaraq problemin aradan qaldırılması üçün aidiyyəti qurumlarla danışıqlar aparılacaq. Nəqliyyat Nazirliyində 20 Yanvar dairəsi istiqamətinə olan ərazidə isə dayancağın qoyulması nəzərdə tutulmur.