Danalar azərbaycanlı aparıcını qəzaya saldı - Fotolar

danalar-azerbaycanli-aparicini-qezaya-saldi
Oxunma sayı: 4240

Xəzər TV-nin aparıcısı Leyla Mustafayeva qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda aparıcının özü sosial şəbəkədə məlumat paylaşıb.

O, qəzanın Oğuz-Qəbələ yolunda baş verdiyini bildirib.

Leyla Mustafayeva avtomobilinin fotolarını paylaşaraq “Oğuz-Qəbələ yolunda yol polisini gözləyirik. Döyüşən danalar qəfil özlərini yola atdılar. Bu da nəticə…” şərhini yazıb.

Qeyd edək ki, Leyla Mustafayeva “Ənənə boxçası” verilişinin aparıcısıdır.