“Dalğa” Nazirlər Kabinetinin qarşısını süpürdü

dalga-nazirler-kabinetinin-qarsisini-supurdu
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, aksiya teatral formada olub. Gənclər parkı silib, süpürüb və oradakı zibilləri təmziləyiblər. Aksiyanın əsas şüarı “Könüllü təmizləyərik, təhsil haqlarını artırmayın!”. On gəncin iştirak etdiyi aksiyaya polis müdaxiləsi olmayıb.

Məlumat üçün deyək ki, bəzi dövlət ali təhsil müəssisələrində ödəniş haqqı 300 manatdan 1500 manata qədər artırılıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orqanı olan «Abituriyent» jurnalının 3-cü sayında məlumat verilib.


Azərbaycan Müəllimlər İnstitutu, Texniki Universitet, İqtisad Universiteti, Neft Akademiyası, Pedaqoji Universitet, Dillər Universiteti və daha bir sıra ali təhsil müəssisələrin bir çox fakültələrində illik təhsil haqqı 300 manata qədər artıb.

Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri və İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə deyir ki, onlar təhsil haqqının artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyiblər. Onun sözlərinə görə, bu dövlət sifarişi üçün təhsil alan tələbələrə aiddir və bu barədə Nazirlər Kabineti özü qərar qəbul edib.

Fatimə Kərimli