Daha bir meyit tapıldı - Neftçinin olduğu ehtimal edilir

daha-bir-meyit-tapildi
Oxunma sayı: 1279

Bu gün “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb.

Qafqazinfo”nun məlumatına görə, Axtarış-Xilasetmə qərargahından bildirilib ki, meyiti tapılan şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi olub-olmadığı müəyyənləşdirilir.

Mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.