Çökən yol istifadəyə verilməyibmiş

coken-yol-istifadeye-verilmeyibmis
Oxunma sayı: 1156

Xəbər verdiyimiz kimi, 20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

Qafqazinfo” verir ki, məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a açıqlama verib. O bildirib ki, çökmə hadisəsi səhər saatlarında qeydə alınıb:

“Çökmə prosesi yolun 17-ci kilometrliyində baş verib. Yağan intensiv yağışlar nəticəsində yolun bir hissəsi çöküb. Hazırda həmin hissəsinin bərpası istiqamətində işlər aparılır. Eyni zamanda nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün xüsusi hissə salınır. Buna paralel olaraq yolun bərpası da davam etdirilir. Qeyd edim ki, ərazidə yağışlar hələ də davam edir”.

A.Nəcəfli deyib ki, həmin yol istifadəyə verilməyibmiş:

“Bu tikinti altında olan yoldur. Amma çökən hissəyə yeni asfalt vurulmuşdu. Ərazi ümumiyyətlə sürüşmə zonası da deyil. İntensiv yağışların təsirindən torpaq o qədər yaş olub ki, nəticədə sürüşmə baş verib”.