Çilidə güclü daşqın olub - Ölən və itkin düşənlər var

cilide-guclu-dasqin-olub
Oxunma sayı: 762

Çilinin mərkəzi rayonlarında baş verən daşqınlar nəticəsində 3 nəfər ölüb.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2 nəfər paytaxt Santyaqo yaxınlığında ölüb. Daha bir 12 yaşlı qız isə ailəsi ilə birlikdə olduğu maşını axının aparması nəticəsində dünyasını dəyişib.

19 nəfər isə itkin düşüb. Hazırda onların axtarışı davam edir.

Təbii fəlakət nəticəsində 1,5 milyon əhali içməli susuz qalıb.