Cəlilabadda körpü uçdu - Bakı-Astara yolu bağlandı+Foto

celilabadda-korpu-ucdu-
Oxunma sayı: 10619

Bu dəqiqələrdə Cəlilabad rayonunun Alar kəndindən keçən İncəçayın üstündəki körpü sel sularına davam gətirməyərək dağılıb.

Qafqazinfo” Azadinform-a istinadən xəbər verir ki, nəticədə Bakı-Astara yolu bağlanıb.

Sakinlərin verdiyi məlumata görə, İncəçaya yaxın təsərrüfatlara xeyli ziyan dəyib, çayın keçdiyi Alar kəndinin bir hissəsini sel suları dağıdıb. Hazırda sel suları çoxalmaqda davam edir, bir neçə ev uçub.

Qeyd edək ki, çayın keçdiyi Təzəkənddəki insanların əkin sahələri suyun altında qalıb.