Cavid Qurbanov ixtisarlara başladı

cavid-qurbanov-ixtisarlara-basladi
Oxunma sayı: 3351

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə və onun tabeliyində olan tibb müəssisələrinə 2017-ci ilin dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə yardımının dayandırılması ilə əlaqədar həmin xidmət və onun tabeliyində olan tibb müəssisələri yanvarın 1-dən təsərrüfat hesablı idarəetməyə keçiblər.

Qafqazinfo” bizimyol.info-ya istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov orada çalışan böyük sayda işçi heyyətinin maliyyələşdirilməsində çətinliklərin yarandığını bildirərək kadr potensialının optimallaşdırılması ilə bağlı əmr imzalayıb. Yəni işçilərin ixtisar olunmasına qərar verib.

Əmək haqlarının büdcədən ayrılmaması və ixtisarların aparılması Nəsimi rayonunun Puşkin küçəsi 36 ünvanında yerləşən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Dövlət Dəmir Yolu Xəstəxanası işçilərinin narazılığına səbəb olub.

İxtisar olunan şəxslərə 2 aylıq müavinət veriləcək, işdə qalanlara isə özləri işləyib pul qazanmalı olacaqlar.

Rəhbərlik tərəfindən o da bildirilib ki, “Azərbaycan Dəmir Yolları”na tibb işçiləri vacib deyil. Qalan işçilər öz hesabına işləyir və işlədiyi idarənin icarə haqqını verməlidirlər.