Buzovna sakinləri qazdan şikayətçidirlər

buzovna-sakinleri-qazdan-sikayetcidirler
Oxunma sayı: 1513

Buzovna qəsəbəsində bu küçənin sakinləri qazdan şikayətlənir.

Xəzər rayonu, Buzovna qəsəbəsinin Abasqulu Abdullayev küçəsində yaşayan sakinlər qazın təzyiqinin aşağı olmasından şikayət edirlər. “Qafqazinfo”ya müraciət edən sözügedən küçənin sakinləri bildiriblər ki, bu şəraitdə yaşamaq mümkünsüzdür. Sakinlər Qaz İdarəsinin rəhbərliyinə dəfələrlə şikayət etdiklərini, lakin şikayətə baxılmadığını qeyd ediblər.