Bulvarda atəşfəşanlıq oldu

bulvarda-atesfesanliq-oldu
Oxunma sayı: 1469

Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi və bayram gəzintisi martın 18-də Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı və Vətənimizin gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.

Bayram şənliyi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Bakının bahar səması al-əlvan rənglərə boyanıb.