Bugünkü hərracda “Vüqar” şadlıq evi satıldı - 74 min 800 manata

bugunku-herracda-vuqar-sadliq-evi-satildi-
Oxunma sayı: 3237

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac həyata keçirilib.

Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, 06 dekabrda baş tutan tarixində hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu dəfəki hərracda özəlləşdirilmiş 2 kiçik müəssisə və 2 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda, yerdə qalan 3 kiçik müəssisə və obyekt isə Şirvan, Sabirabad və Saatlıda yerləşir. Hərracda ən yüksək qiymətə satılan daşınmaz əmlak paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Belə ki, bu əmlak 180 min manata özəlləşdirilib. 74 min 800 manata özəlləşdirilən “Vüqar” şadlıq evi isə hərracda yüksək qiymətə satılmış növbəti əmlak olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Nizami rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 55 min manata özəlləşdirilib.

Xatırladaq ki, hazırda Özəlləşdirmə portalına (privatization.az) daxil olaraq əmlakı seçib sifariş verməklə çox rahat şəkildə hərraca qatılmaq olur. Portalda hərraca çıxarılan hər bir əmlakın coğrafi yerləşməsi, vəziyyəti barədə fotoşəkillər və digər zəruri informasiyalarla tanış olmaq mümkündür.

Komitə tərəfindən növbəti hərrac 13 dekabrda keçiriləcək.