Bu yay içməli su problemi olmayacaq - “Azərsu” vəd edir + Video

bu-yay-icmeli-su-problemi-olmayacaq
Oxunma sayı: 1731

Sakinlərin çoxu evdə və küçədə krantdan gələn suyu içməkdə ehtiyat edirlər. Buna səbəbsə suyun keyfiyyəti ilə bağlı şübhələrin formalaşmasıdır.

Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Region TV-nin suallarını cavablandıran “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı əhalinin keyfətli içməli su ilə təmin olunması ilə bağlı, ötən il istismara verilmiş Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusundan söz açıb: “Dünyanın ən son texnologiyasına uyğun olan bu qurğuda saniyədə 6 kubmetrdən çox su emal olunur və Abşeron yarımadasına yaşayan istehlakçılarımıza ötürülür. Bizim bu gün Bakı şəhərinin bütün mənbələrinə verdiyimiz suyun göstəriciləri bütün standartlara cavab verir. Suyun keyfiyyətinə nəzarəti “Azərsu” ASC ilə Səhiyyə Nazirliyi birgə həyata keçirir. Havaların isti keçməsi isə suya təlabatı artırıb. Ancaq buna baxmayaraq narahatçılığa heç bir əsas yoxdur. Bu yay su təminatının ən yüksək səviyyədə olması üçün “Azərsu” ASC işləri sürətləndirib. 300 mindən çox insan ilk dəfə mərkəzləşmiş qaydada içməli su ilə təmin olunub. Ölkə üzrə suya təlabatı fasiləsiz ödənilənlərin sayı isə 60 faizdən çoxdur”.

Digər ərazilərin də bu minvalda su ilə təmin olunması üçün lazımı tədbirlərin görüldüyündən danışan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bəzi qəsəbələrdə işlərin hal-hazırda davam etməsindən danışıb: “Batamdar qəsəbəsi və digər qəsəbələrdə işlər davam edir. İlin sonuna qədər Səudiyyə İnkişaf Fondunun krediti hesabına Xırdalan şəhərində işlərə başlamağı planlaşdırırıq”.

Su və kanalizasiya xətləri ilə bağlı işlər də intensivləşdirilib. 43 şəhər və rayon mərkəzilərindən 14-də su və kanalizasiya xətlərinin çəkilməsi yekunlaşıb. İlin sonun qədər isə Qusar, Şamaxı, Beyləqan, Tərtər, Gədəbəy və Daşkəsəndə işlərin yekunlaşdırılması planlaşdırılır.