Bu qurğu insult keçirənlərə kömək edir

bu-qurgu-insult-kecirenlere-komek-edir
Oxunma sayı: 1289

İflicin nəticələri ilə mübarizə və xəstələrin sağlamlığının bərpası üçün çoxlu müasir cihaz və texnologiyalar, o cümlədən qan laxtalanmasını məhv edən xüsusi ekzoskeletlər və nanohissəciklər mövcuddur.

Sautgempton Universiteti və London İmperiya Kollecinin tədqiqatçıları xəstənin əlinin ev müalicəsinə reaksiyası haqqında informasiya toplayan simsiz elektron qol hazırlayıblar. "M-Mark" adlanan qurğu yüksək həssaslığa malik mikrofon və sensorlarla təchiz edilib.

“Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, müvafiq mobil proqram vasitəsilə əldə olunan analizlər əsasında xəstə müalicəsinin gedişini izləyə və terapiyanın təsirini öyrənə bilər. Proqram, həmçinin istifadəçinin bütün hərəkətləri düzgün yerinə yetirməsini və təlimata əməl etməsini izləyəcək. Toplanan bütün informasiyadan müalicəni aparan həkim məsafədən yararlana biləcək, bu səbəbdən o, reabilitasiyada irəliləyişi izləyə və terapiyaya dəyişikliklər edə biləcək.

Layihə rəhbəri Ceyn Barricin sözlərinə görə, "M-Mark" və müvafiq proqramlar müalicə müddətini gündə 45 dəqiqə qısalda və terapevtin xəstəyə baş çəkməsinin sayını azalda bilər.