Bu mərkəzi küçələr tam bağlanacaq - Sürücülərin nəzərinə

bu-merkezi-kuceler-tam-baglanacaq
Oxunma sayı: 1830

Bu il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işləri davam etdirilir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

“Qafqazinfo” əbər verir ki, "Bakı Şəhər Halqası"ndan APA-ya verilən məlumata görə, Neftçilər prospektinin Azneft dairəsinin "Four Seasons" otelinə baxan tərəfində asfalt qatının dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri səbəbindən fevralın 13-də, şənbə günü səhər saat 06:00-dan etibarən Niyazi küçəsinin bu dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq.

Qeyd edək ki, həmin gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan bu qadağa fevralın 14-ü, bazar günü səhər saatlarında aradan qaldırılacaq.

Digər tərəfdən, fevralın 14-ü səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.