Bu küçəyə yolunuzu salmayın - Fotolar

bu-kuceye-yolunuzu-salmayin
Oxunma sayı: 1676

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq edib.

"Qafqazinfo" xəbər verir ki, hazırda Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsilə kəsişməsində (Türkiyə səfirliyi istiqamətində) “Azərsu” ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar olaraq, yolun 2 hərəkət zolağında avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Aparılan təmir işləri nəticəsində yarana biləcək nəqliyyat sıxlığını nəzərə alaraq, sürücülərin alternativ olaraq Həsən Əliyev küçəsi və ya Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.