Bu dərmana qadağa qoyuldu

bu-dermana-qadaga-qoyuldu
Oxunma sayı: 2845

Səhiyyə Nazirliyi "Bioparoks" dərman vasitəsinin dövlət qeydiyyatını ləğv edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin 23 iyun 2016-cı il tarixli 159-S nömrəli sərəncamı ilə Macarıstanın "EGİS Pharmaceutical PLC" şirkətinin istehsalı olan "Bioparox" adlı aerozol dərman vasitəsində (Qeydiyyat vəsiqəsi: DV № 15-00640) yüksək risk və ciddi allergik reaksiyaların aşkar olunması səbəbi ilə dərman vasitəsinin dövlət qeydiyyatı ləğv edilib.