Bu dəfə xilas edildilər

bu-defe-xilas-edildiler
Oxunma sayı: 830

Dənizdə batan 2 nəfər xilas edilib.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin, həmçinin Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.