BP-dən Ali Neft Məktəbinə qiymətli hədiyyə

bp-den-ali-neft-mektebine-qiymetli-hediyye
Oxunma sayı: 830

Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına BP tərəfindən kitab kolleksiyası hədiyyə olunub. Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.

BANM-dən "Qafqazinfo"ya verilən məlumata görə, BP kimi şirkətlərdən daxil olmuş hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur.

BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib.