Bir küçədə iki evə girdilər - 19 minlik ziyan vurdular

bir-kucede-iki-eve-girdiler
Oxunma sayı: 1341

Bakıda bir küçədə yerləşən iki evdən ümumilikdə 19 100 manatlıq oğurluq edilib.

Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərhad Əliyevə məxsus Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 11 ünvanından naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla 12 600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Eyni zamanda, naməlum şəxs və ya şəxslər həmin küçədə 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus ev 32 ünvanından pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 5 800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlayıblar.

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.