Bir ayda 17 min müraciət

bir-ayda-17-min-muraciet
Oxunma sayı: 873

Sentyabr ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 17 043 müraciət daxil olub.

Nazirliyin mətbust xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, müraciətlərin 96 faizi və ya 16301-i aidiyyəti məsələlərlə əlaqədar sorğu xarakterli olub ki, həmin müraciətlərlə əlaqədar vətəndaşlara hüquqi izahatlar verilib. Digər müraciətlər isə nazirliyin müvafiq struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sentyabr ayında nazirliyin 142 və 190-“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı bu ilin iyul ayı ilə müqayisədə 15 faiz, avqust ayı ilə müqayisədə isə 7,7 faiz azalıb.