Bina sakinlərinə şad xəbər - 1 həftəyə su olacaq

bina-sakinlerine-sad-xeber
Oxunma sayı: 1876

Sumqayıt şossesi, Mehdi Hüseynzadə küçəsində yerləşən AAAF2 yaşayış kompleksinin sakinləri su problemi yaşayır.

Bu səbəbdən “Qafqazinfo”ya müraciət edən sakinlər bildiriblər ki, əvvəllər də fasilələrlə gələn su artıq 3 həftədən çoxdur ki, tamam kəsilib: “3 həftədən çoxdur ki, suyumuz gəlmir. Problemlə bağlı “Azərsu”ya müraciət etdik. Şirkətdən bildirdilər ki, bina inşa olunan zaman anbar tikilməli idi. Sayğaclar quraşdırılmasa, binaya su verilməyəcək. AAAF Park yaşayış kompleksinə də müraciət etmişik. Hələ də bir iş görülməyib. Biz də son çarə olaraq mediaya müraciət etdik”.

Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı binanın komendantı Məhərrəm Hüseynovla əlaqə saxlayıb. Komendant bildirib ki, problem 1 həftə ərzində öz həllini tapacaq: “Xətt çəkilib, sadəcə qalıb suyun birləşdirilməsi. O da bir həftə ərzində həll olunacaq”.

Günel Hacı