Biləsuvarda intihara cəhd etdi - Salyanda keçindi

bilesuvarda-intihara-cehd-etdi-
Oxunma sayı: 2712

Bu gün Biləsuvar rayonundakı parkların birində intihara cəhd hadisəsi baş verib.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, 1979-cu ildə anadan olmuş Salyan şəhəri, Plastik qəsəbə sakini Ələkbərov Yadigar Əbülfəz oğlu 1 şüşə sirkə turşusu içərək intihara cəhd edib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Yadigar Ələkbərovun vəziyyəti kritik dərəcədə ağır olduğundan təcili-yardım maşını ilə Bakı şəhərindəki xəstəxanaya aparılarkən Salyan rayonunun ərazisində keçinib.

Qonşularının bildirdiyinə görə, Yadigar Ələkbərov Salyan şəhərində kondisioner ustası olub və gün-güzəranı da pis olmayıb. Ailəsində də elə bir problemi olmadığı deyilir. Odur ki, onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.