Biləsuvarda avtomobil yandı

bilesuvarda-avtomobil-yandi
Oxunma sayı: 770

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Yuxarı Ağalı kəndində vətəndaşa məxsus “LUAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.