Beynəlxalq Müəllimlər Günü Gəncədə qeyd olundu - Fotolar

beynelxalq-muellimler-gunu-gencede-qeyd-olundu
Oxunma sayı: 1847

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncədə tədbir keçirilib. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, İcra başçısı Elmar Vəliyev tədbiri giriş sözü ilə açaraq müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib.

İcra başçısı bildirib ki, cari təhsil ilində 1984 nəfər abituriyentin 1039 nəfərinin, yəni 52,36 faizinin ali və orta ixtisas məktəblərinə qəbul olub. 39 nəfər isə xüsusi təyinatlı məktəblərdə oxumaq hüququ qazanıb. Ali məktəblərə qəbul olunanların 220 nəfəri 500-dən yuxarı bal, 1 nömrəli tam orta məktəbin şagirdi Elçin Qasımov isə ən yüksək, yəni 700 bal toplayıb.

Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə şəhərin bir qrup qabaqcıl təhsil işçisinə qiymətli hədiyyələr təqdim olunub.