Bərdədə heyvanlar arasında dabaq virusu yayılıb

-berdede-heyvanlar-arasinda-dabaq-virusu-yayilib
Oxunma sayı: 763

Bərdənin kəndlərində heyvanlar arasında dabaq virusu yayılıb. Bu, bəzi kəndlərdə heyvanların tələfatına səbəb olub.

Qafqazinfo”nun məlumatına görə, Bərdənin Hacılar kəndində yaşayan Cavan Alıyev APA-nın Qarabağ müxbirinə deyib ki, mal-qarasını qapalı şəraitdə saxlamasına baxmayaraq, qısa müddətdə 15 baş iribuynuzlu xəstəliyə yoluxub. Hələlik xəstəliyin yayılmasının qarşısını almaqda acizdirlər.

Böyük Göyüşlü kənd sakini Şahmalı Orucovun isə 20 baş iribuynuzlu heyvanı virusa yoluxub. Artıq heyvanlardan 3-ü tələf olub: “Bu gedişlə qalanı da öləcək. Gəlib, maraqlanan yoxdur”.

Bərdə rayon Baytarlıq İdarəsindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. İdarədən qurumun rəisinin yol kənarında yaşıllaşdırma işi apardığı, əməkdaşların isə hesabat hazırladığı üçün müsahibə verməyə vaxtlarının olmadığı bildirilib.