Bələdiyyəyə məxsus maşın yandı

belediyyeye-mexsus-masin-yandi
Oxunma sayı: 1167

Bakıda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Sabunçu rayonunda bələdiyyəyə məxsus markası məlum olmayan minik avtomobilin salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.