BDU tələbələri praktik işlərini təqdim etdilər

bdu-telebeleri-praktik-islerini-teqdim-etdiler
Oxunma sayı: 631

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrin hazırladığı videoçarx, film və videoreportajların təqdimatı keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, fakültə müəllim və tələbələrinin iştirak etdiyi təqdimat mərasimi Radio və televiziya jurnalistikası kafedrasının müəllimləri - Ramin Rzayev və Zibeydə Mirzəyevanın tədris etdiyi “RTV-də praktik iş” fənni üzrə keçirilmiş dərslərə həsr olunub. Tələbələr hazırladıqları materiallar, onların hazırlanma prosesi barədə ətraflı məlumat veriblər.

Təqdimatda iştirak edən Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, Radio və televiziya kafedrasının müdiri, dosent Aynur Kərimova, Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev və “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi tələbələrin təşəbbüskarlıqlarını və təqdim etdikləri işləri yüksək qiymətləndiriblər. Bununla yanaşı, videomateriallardakı çatışmazlıqlar və qüsurlar qeyd edilib, tövsiyələr verilib. Sonda tələbələrin sualları cavablandırılıb və xatirə fotosu çəkilib.