BDU statistikaya görə birinci oldu

bdu-statistikaya-gore-birinci-oldu
Oxunma sayı: 936

“Media Consalting & Services” aprel ayı üzrə universitetlər haqqında yayımlanmış məlumatların statistikasını açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, Azərbaycanın internet məkanı, sosial mediası, gündəlik qəzetləri və TV kanallarında yayımlanan məlumatlar əsasında hazırlanmış monitorinqin nəticəsinə görə Bakı Dövlət Universiteti 1411 xəbərlə on ali məktəb arasında ilk yerdə qərarlaşıb. Sonrakı yerləri Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti tutub.