BDU əməkdaşları X Uluslararası Böyük Türk Dili Qurultayında - Fotolar

bdu-emekdaslari-x-uluslararasi-boyuk-turk-dili-qurultayinda
Oxunma sayı: 1210

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əməkdaşları Bilkənd Universitetinin təşkilatçılığı ilə Sarayevo Universitetində keçirilən X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak ediblər.

"Qafqazinfo"ya daxil olan məlumata görə, müxtəlif ölkələrdən 150-yə yaxın elm adamının qatıldığı qurultayda BDU-nu professor Zemfira Şahbazova, dosent Qızılgül Abdullayeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi, doktorant Pərvin Eyvazov təmsil ediblər.

BDU əməkdaşları plenar və bölmə iclaslarında məruzə edib, müzakirələrdə aktivlik göstəriblər. I Türkoloji Qurultayın 2016-cı ildə 90 illiyinin tamam olmasını bildirən iştirakçılar vaxtilə onun I qurultayını Bakıda baş tutduğunu qeyd edərək XI Uluslararası Böyük Türk Dili Qurultayının da ölkəmizdə keçirilməsi təklifini irəli sürüblər.

Daha sonra qurultay iştirakçılarının şərəfinə Türkiyənin Bosniya-Hersoqovinadakı səfirliyində ziyafət təşkil olunub. BDU əməkdaşları bu ölkədəki konsulluğumuzu ziyarət edib, tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.