BDU-da Xocalı soyqırımı ilə əlaqədar konfrans keçirilib

bdu-da-xocali-soyqirimi-ile-elaqedar-konfrans-kecirilib
Oxunma sayı: 684

Bakı Dövlət Universitetində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Elmi-praktik konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Universitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi konfransda çıxış edən rektor, akademik Abel Məhərrəmov Xocalı soyqırımının insanlığın tarixində ən qəddar və amansız terror hadisələrindən biri, 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu deyib. 

Sonra Tarix fakültəsinin dosenti Boran Əziz “Xocalı şəhərinin tarixi”, Coğrafiya fakültəsinin kafedra müdiri, professor Fərda İmanov “Xocalının coğrafiyası”, Sosial elmlər və Psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə “Xocalı soyqırımının sosial fəsadları”, Hüquq fakültəsinin Ümumi beynəlxalq hüquq kafedrasının professoru Əfsər Sadıxov “Xocalı soyqırımı zamanı insan hüquqlarının və  Beynəlxalq konvensiyaların pozulması” mövzularında çıxış ediblər.

Sonda tələbələrin hazırladığı rekviyem (neydə “Sarı gəlin”) və vodeoçarxın nümayişi olub.