BANM-in tələbəsi “Famelab” yarışmasında birinci olub

banm-in-telebesi-famelab-yarismasinda-birinci-olub
Oxunma sayı: 650

British Council və Qafqaz Universitetinin birgə layihəsi olan Famelab -Şöhrət Labaratoriyası yarışmasının final mərhələsi keçirilib.

Qafqazinfo” xəbər verir ki, elm və ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan 18-35 yaş arası olan şəxslərin iştirak etdiyi və çoxsaylı yarışma iştirakçılarından yalnız 10 nəfərin vəsiqə aldığı final mərhələsi olduqca gərgin və maraqlı keçib.

Belə ki, Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimovun “Mexaniki dalğalar və rezonans” mövzusunda, ADA Universitetinin tələbələri Samir Məmmədovun “Kriptoqrafiya” mövzusunda, Könül Qurbanlının “Qlobal Peyk Sistemi” mövzusunda, Qafqaz Universitetinin tələbələri Minəxanım Babayevanın “Kainatın tarixi” mövzusunda, Vasif Cavadlının “Ehtiyat avtomat sistemi” mövzusunda, Nuran Həsənovun “İşıqların rənglərə parçalanması” mövzusunda, Leyla İbrahimlinin “Çoxbilmiş su” mövzusunda, Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Nəcəfzadənin “Streslər” mövzusunda, Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadənin “Göz yanılmaları” mövzusunda təqdimatları həyəcanlandırıcı oldu və alqışlarla qarşılanıb.

İyirmi dəqiqəlik fasilədən sonra iştirakçıların da səsləri nəzərə alınmaqla münsiflər finalın qaliblərininin adlarını açıqlayıb:

I Yerin və “Ən çox rəğbət qazanan” Yerin qalibi - Bakı Ali Neft Məktəbinin tələbəsi Mirlan Kərimov;
II Yerin qalibi – ADA Universitetinin tələbəsi Samir Məmmədov;
III Yerin qalibi isə Azərbaycan Tibb Universtetinin tələbəsi Arzu Rəsulzadə oldu

Qeyd edək ki, finalda birinci yerə layiq görülən layihə 2016-cı ilin iyun ayında Böyük Britaniyada keçiriləcək “Çeltenham Elm Festivalı”nda ölkəmizi təmsil edəcək.

Yarışın sonunda Qafqaz Universitetinin rektoru professor Əhmət Saniç və British Councilin Azərbaycan üzrə direktoru Elizabet Vayt tərəfindən iştirakçılara hədiyyələr təqdim edildi, qaliblər mükafatlandırılıb.