Balıq tutarkən batma təhlükəsi ilə üzləşdi

baliq-tutarken-batma-tehlukesi-ile-uzlesdi
Oxunma sayı: 676

Bakıda 1 nəfər batmaqdan xilas edilib.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonunda göldə balıq tutarkən 1 nəfər boğulma təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.