Bakının seysmik durumu necədir?

bakinin-seysmik-durumu-necedir
Oxunma sayı: 780

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli və qurumun bir neçə üzvü Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin rəhbəri  Stefano Parolainin dəvəti ilə Almaniyanın Potsdam şəhərində işgüzar səfərdə olublar.

Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması və seysmik təhlükəli zonaların müəyyənləşdirilməsi məqsədilə aparılacaq tədqiqat işlərinin həyata keçirilməsi üçün imkanlar müzakirə olunub. Dr. Jörn Lauterjung Azərbaycanda seysmologiya sahəsində görülən işlərin yüksək səviyyədə olduğunu bildirərək Bakı şəhərinə təsir edən zəlzələ ocaqlarının əksəriyyətinin Xəzər dənizində olduğu üçün Xəzər dənizində də seysmik stansiyaların qurulmasının çox vacib olduğunu vurğulayıb.

O, Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün lazım olan texniki köməklik göstəriləcəyini bildirib. Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texno parkında olan cihazların Bakı şəhərində quraşdırılması üçün ilkin razılıq əldə olunub. Bildirilib ki, GFZ-nin texno-parkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması GFZ-nin hesabına həyata keçiriləcək.