Bakıda yeni marşrut xətti istifadəyə verilir

bakida-yeni-marsrut-xetti-istifadeye-verilir
Oxunma sayı: 2972

Sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində optimallaşdırılma işləri davam etdirilir.

Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda daha bir marşrut xətti istifadəyə verilir.

10 oktyabr 2015-ci il tarixindən paytaxtda yeni 4 saylı marşrut avtobusu test rejimində fəaliyyətə başlayır.
4 saylı marşrut avtobusunun hərəkət istiqaməti Nərimanov metro stansiyası - Gənclik metro stansiyası – Azadlıq pr. – 28 may metro stansiyası – Xətai pr. olacaqdır.